XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » "Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT

"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT

"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
15-03-2021, 10:31

"Bank BTB” 2020-ci ilin 4-cü rübünə olan hesabatına görə bankın əsas maliyyə göstəriciləri azalıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Bank BTB” –nin xalis mənfəəti 2019-cu ilin son rübü ilə müqayisədə 16 milyon 653 min manat və ya 2.2 dəfə azalaraq 9 milyon 130 min manat zərərə çatıb.

Bankın cəmi aktivləri 1 il ərzində 14 milyon 595 min manat artaraq 356 milyon 137 min manata bərabər olub. Buna baxmayaraq bankın müştərilərinə verdiyi xalis kreditlərin həmcmi 553 min manat azalıb.

Depozit portfelinin 6 milyon manat artması bankın öhdəliklərinin artmasına da səbəb olub. Belə ki, “Bank BTB”-nin cəmi öhdəlikləri 1 il ərzində 24 milyon 584 min manat artaraq 302 milyon 156 min manata yüksəlib.

Bankın cəmi kapitalı 39 milyon 991 min manat azalaraq 53 milyon 980 min manata enib.

Faiz gəlirləri 26 milyon 101 min manat, faiz xərcləri isə 14 milyon 163 min manat olan “Bank BTB”-nin xalis faiz gəlirləri 11 milyon 938 min manata bərabər olub. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 708 min manat çoxdur. Qeyri-faiz gəliri 5 milyon 37 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 31 min manat olub ki, bu da bankın əməliyyat mənfəətinin azalmasına səbəb olub. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 714 min manat azalaraq 1 milyon 944 min manata enib.

“Bank BTB”-nin məcmu kapitalı2020-ci ilin yekun rübündə 9 milyon 372 min manat və ya 15.1% azalaraq 52 milyon 727 min manata düşüb.

Qeyd edək ki, Məcmu kapitalın məqsədi və ona dair tələblər haqqında qanunun 3.2. maddəsinə görə bankların məcmu kapitalı 50 milyondan az olmamalıdır.
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.