18 min hektar ərazi Bakı meriyasının idarəçiliyinə qaytarılır
Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı ŞİH-nin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib. Bildirilir ki, həmin ərazilərin yer quruluşu qaydasında müəyyən edilərək onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub.
Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib.
Aparılmış monitorinqlər nəticəsində Abşeron RİH-nin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı ŞİH-in idarəçiliyinə qaytarılması təklif olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır