Bakıda Macarıstanın biznes dairələrinin nümayəndələri ilə işgüzar görüş keçirilir
Martın 10-da Bakıda Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın biznes dairələrinin nümayəndələri ilə işgüzar görüşü keçirilir.
Görüş birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyartonun ölkəmizə səfəri çərçivəsində baş tutub.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirib.
Macar şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə dair fikir mübadilələri aparılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır