XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT

Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT

Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
9-03-2021, 10:25

Azərbaycan Qida Təhlküəsizliyi İnstitutu (AQTİ) ümumi maliyyə dəyəri 72 795.66 AZN olan iki müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələrdən biri “Kainat-Print” MMC, digəri isə “Buludmedia” MMC ilə bağlanıb. “Kainat-Print” MMC AQTİ-ni “kartric dolumu və servisi xidmətləri” ilə təmin etməlidir. Bunun üçün şirkətə 24 097.96 AZN ödəniləcək.

“Buludmedia” MMC isə 48 869.7 AZN ödəniləcək. Sözügedən MMC ilə müqavilədə media xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Kaspian-Print” MMC 3 iyul 2009-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 124, mənzil 22-də yerləşən MMC-nin qanuni təmsilçisi Qasımov Xalid Ağamalı oğludur.
Reyestr məlumatlarından görünür ki, şirkət 12 ilə yaxındır fəaliyyət göstərir. Amma maraqlıdır ki, açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi haqqında məlumat var. Adətən nizamnamə kapitalı 10-20 AZN olan bu tip şirkətlərdən tender maxinasiyalarında istifadə edilir.

AQTİ-nin müqavilə bağladığı “Buludmedia” MMC-yə gəlincə, nizamnamə kapitalı 10 AZN olan şirkət 3 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Hüquqi ünvani Bakı şəhəri Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 6, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Cəfərov Emil Kamil oğludur.
Açıq mənbələrdə “Buludmedia” MMC reklam şirkəti kimi təqdim edilir. Şirkət veb-səhifələrinin, təqdimat videolarının hazırlanması, bir sözlə, piar işləri ilə məşğuldur. Şirkətin qanuni təmsilçisi barədə isə hər hansı məlumat yoxdur.
AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sturkturuna daxildir. AQTA 2017-ci ildə yaradılıb. Qurumun rəhbəri Qoşqar Təhməzovdur. Mediada onun barəsində kifayət qədər tənqidi materiallar var. İctimai müzakirələrdə AQTA-nın fəaliyyəti qənaətbəxş hesab edilmir. Görünür, Qoşqar Təhməzov bunun üçün piara ehtiyac duyub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.