Kəmələddin Heydərovun bacanağı yeni şirkət qurdu
Azərbaycanın bank-sığorta maqnatı daha bir şirkət yaratdı...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Food and Snack Group" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 34, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmət Abuzər oğlu İsmayılovdur.
Söhbət “AFB Bank” ASC-nin 99,64%-lik, “Azsığorta” ASC-nin isə 100%-lik, eləcə də “Bank of Baku” ASC-nin 31,11% -lik səhmdarından gedir.
""Food and Snack Group" son 2 il ərzində H.İsmayılovun iştirakı ilə yaradılan 3-cü şirkətdir. Bundan əvvəl bank-sığorta maqnatının iştirakı ilə “NH İnvestment” və "Professional Real Estate Services" MMC-lər yaradılıb.
Hikmət İsmayılov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir.
Hikmət İsmayılovun səhmlərinin 31 faizinə sahib olduğu "Bank of Baku”nun digər səhmdarı "Nab Holding”dir (35%).
Qeyd edək ki, "Nab Holding” iranlı iş adamının şirkətidir, şirkətin rəhbəri Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir. "Nab Holding” həm də "Baku Electronics" və "Auto Azerbaijan" şirkətlərinin də sahibidir. (valyuta.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır