"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTOFAKT
"Azərbaycan Sənaye Bankı” (ASB) 2020-ci ilin 4-cü rübünə olan mənfəət və zərər hesabatını gizlədir.
"ASB”nin cəmi aktivləri 2020-ci ilin sonunda 911 milyon 504 min manat edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 73 milyon 647 min manat və ya 7.5% azdır.
Cəmi aktivlərin 1 il ərzində 7.5% azalmasının əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 1 il ərzində 14 milyon 241 min manat və ya 4.3% azalaraq 310 milyon 829 min manata düşməsidir.
Bundan başqa müştərilərin bankda olan depozitləri də 75 milyon 195 min manat və ya 10.5% azalaraq 639 milyon 932 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin azalmasına səbəb olub. Belə ki, bankın cəmi öhdəlikləri 1 il ərzində 78 milyon 140 min manat və ya 8.9% azalaraq 807 milyon 359 min manata enib.
2020-ci ilin 4-cü rübündə "ASB”nin cəmi kapitalı 104 milyon 144 min manat olub.
Qeyd edək ki, sözügedən bank 2020-ci ilin yekununda mənfəət və zərər maddəsini rəsmi saytından (www.asb.az) silib. //valyuta.az//

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır