SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İqtisadi tərəqqi Qələbəyə böyük töhfə verdi

İqtisadi tərəqqi Qələbəyə böyük töhfə verdi

Tarix:

26-02-2021, 12:00

/ 526 dəfə oxundu.
İqtisadi tərəqqi Qələbəyə böyük töhfə verdi

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial – iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq oluması sahələrin inkişafına, risklərin azalmasına, ölkəmiizn gələcək inkişaf mənzərəsini müəyyən etməyə xidmət edir. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə 2003-cü ildən atılan addımlar əldə olunan uğurlu nəticələrdə öz əksini tapıb. Artıq bugünədək 3 dövlət proqramı uğurla icra edilib, dördüncü sənədin icrası davam etdirilir.
Azərbaycanın pandemiya ilə mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, həmçinin bununla bağlı dünya ölkələrinə çağırışlar etməsi qlobal problemi aradan qaldırmaq istəyini ortaya qoyur. Bu həmçinin ölkəmizin iqtisadi və sosial baxımdan gücünün göstəricisi oldu.
Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycan mahiyyət etibarı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış cəmiyyətdə dövlətçilik ənənələri daha da güclənmişdir.
Münaqişənin həlli ilə sabitliyin, təhlükəsiz və müasir həyat səviyyəsinin təmin edilməsi, qarşılıqlı əməkdaşlığın formalaşması, həmçinin iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın regiondakı rolunu daha da möhkəmləndirəcəkdir. Ərazi bütövlüyünün bərpa olunması ilə məcburi köçkün və qaçqınların işğaldan azad edilmiş ərazilərə qaytarılması və əhalinin təhlükəsiz yaşayışının təmin edilməsi dövlətimizin qarşısına qoyduğu əsas məqsədlərdəndir.
Dövlət başçımız İlham Əliyevin apardığı uğurlu siyasətdə ölkəmizin davamlı və sürətli inkişafında dövlət, cəmiyyət və biznes üçlüsünün uğurlu əlaqəsi ən mühüm məqamlardandır. Bunun nəticəsində iqtisadiyyatda uğurlu sosial-iqtisadi, siyasi nailiyyətlər əldə edilərək iqtisadi resursların daha da yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsi təmin olunacaqdır.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetin reallaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir.
“Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir” deyə bildirən cənab Prezident yüksək inkişaf üçün iqtisadi artımla yanaşı cəmiyyətin bütün üzvlərinin sosial rifahını da ciddi nəzarətdə saxlayır. Belə ki, aparılan islahatlar nəticəsində yoxsulluq və işsizlik səviyyəsi minimuma endirilmiş və yoxsul təbəqənin ehtiyaclarının qarşılanması üçün yardımların əhatə dairəsi genişləndirilmişdir.
Paytaxtın inkişafı ilə yanaşı regionlarımızın da eyni səviyyədə inkişafı önəmli vəzifələrdəndir. Bunun üçün dövlətimiz tərəfindən regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Eləcə də, bölgələrdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə obyektlərinin inşası ilə bağlı tələblərə diqqətlə yanaşır.
Azərbaycan bütün sahələrdə təcrübəsi ilə bir çox dövlətlərə nümunə oldu. Yaxın tarixə qədər ən başlıca problemimiz Dağlıq Qarabağ münaqişəsi idi. Dövlətimizin ərazi bütövlüyü məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun gücü və xalqımızın birliyi, dəstəyi sayəsində həll olundu.

Şərhlər

XƏBƏR LENTİ