Dövlət qurumu Kəmaləddin Heydərovun həyat yoldaşından 97 min manata ofis icarəyə götürdü
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəyə götürülməsi üçün Heydərova Ruhəngiz Muxtar qızı ilə bu il yenidən satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 5 yanvar – 31 dekabr 2021-ci il tarixləri üçün icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Ruhəngiz Heydərovaya 97 min 680 manat ödəyəcək.
Xatırladaq ki, Multikulturalizm Mərkəzi ötən il ərzində də ofisin icrası məqsədilə Ruhəngiz Heydərova ilə müqavilə imzalamışdı və 20 fevral – 31 dekabr 2020-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin dəyəri 48 min 840 manat olmuşdu.
Heydərova Ruhəngiz Muxtar qızının adı, soyadı və ata adı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının adı, soyadı və ata adı ilə eynidir. Mediada yayılan məlumatlara görə, Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın fəaliyyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzininin fəaliyyət sahəsilə eynilik təşkil edir. Belə ki, Kəmaləddin Heydərovun həyat yoldaşı “SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir.
Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur…

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır