Günbəgün “sürət yığan” BAHALAŞMA: - “Hökuməti məmur sahibkarlığını aradan qaldırmasa...”
"İnhisarçılığın qarşısını almaq üçün gömrük və vergi siyasəti vahid mərkəzdən idarə olunmalıdır”.
Bu sözləri son günlər ölkədə ərzaq və qeyri-ərzaq məhsullarında müşahidə olunan 10-40 qəpik civarında başalaşmanın səbəblərini şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.
Nazim Bəydəmirlinin sözlərinə görə, ölkədə vüsət alan bahalaşmanın əsas səbəbi iqtisadiyyatın düzgün idarə olunmamasıdır:
“Qiymət artımına təsir edən amillərdən biri idxal məhsullarında gömrük rüsumları və vergilərin dərəcəsidir. Halbuki xaricdən gətirilən məhsullar ölkədəki qiymətlərə bu dərəcədə təsir etməməli idi. Nəticə etibarilə, Gömrük Komitəsi göstəricilərini yüksək göstərmək üçün həmişə bəyannamə qiymətini artırır və bu da süni qiymət artımına yol açır.
Eyni zamanda, bəzi ölkələr ixrac olunan müxtəlif məhsullara aksiz dərəcələri tətbiq edir və ya çıxışına limit qoyur. Həmin ölkələr öz daxilində qiyməti sabit saxlamaq üçün bu cür addım atırlar. Bu addım idxaldan asılı olan ölkələrə göndərilən məhsulların bahalaşmasına təsir edir. Lakin ölkə daxilində maya dəyərində nəqliyyat xərci 20-30 faiz olan bəzi ərzaq məhsullarının kifayət qədər bahalaşması başadüşülən deyil”.
Sabiq millət vəkili hesab edir ki, süni qiymət artımının qarşısını almaq üçün inhisarçılığın aradan qaldırılması əsas şərtdir:
“Təəssüf ki, Azərbaycanda məmur sahibkarlığı mövcuddur. Azərbaycan hökuməti bu sahibkarlığın aradan qaldırılması üçün iqtisadi fəallığı stimulaşdırmalıdır. Bu baxımdan, yerli məhsulların istehsalına xüsusi yer verilməlidir. Yaxşı olardı ki, maliyyə, vergi və gömrük xidmətləri eyni mərkəzdən idarə olunsun və bu sahələrə kompleks yanaşma tələb edilsin”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...