SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Dolların bazarı bağlanır: Xüsusi plan hazırlanıb - GƏLİŞMƏ

Dolların bazarı bağlanır: Xüsusi plan hazırlanıb - GƏLİŞMƏ

Tarix:

1-02-2021, 11:44

/ 725 dəfə oxundu.
Dolların bazarı bağlanır: Xüsusi plan hazırlanıb - GƏLİŞMƏ

Avropa Birliyi dollardan asılılığa son qoymaq niyyətindədir. Hazırda ticarət müqavilələrinin daha çox avro ilə bağlanması məsələsi aktiv müzakirə olunur. İndi Avropada bu məsələyə hətta milli təhlükəsizlik məsələsi kimi yanaşırlar.

“RİA Novosti”yə istinadən xəbər veririk ki, avronun rolunun yüksəldilməsi barədə təşəbbüs Avropa Komissiyasının sabiq sədri Jan-Klod Yunker tərəfindən gündəmə gətirilib. Məsələ 2018-ci ildən gündəmdədir və zaman-zaman müzakirə olunub. Yunker bunu ABŞ-da hakimiyyətə milyarder Donald Trampın gəlişindən sonra Avropa Birliyinin ticarət savaşında milyardlar itirməsi ilə izah edirdi. Buna görə də dolları dünya valyutası statusundan məhrum etmək lazımdır.

ABŞ-ın İrana qarşı sanksiyaları, "Şimal axını-2"yə qarşı sanksiya tətbiq etməsi vəziyyəti daha da gərginləşdirib. Vaşinqtonun təhdidinə cavab olaraq bir çox Avropa şirkətləru bu layihədə iştirakdan imtina edib.

2019-cu ildə İsveçrənin "Allseas" şirkəti layihədən çəkildiyini elan edib. Yanvarın əvvəlində Norveçin "Det Norske" şirkəti oxşar addım atıb. Danimarkanın "Ramboll" şirkəti də bunabənzər açıqlama ilə çıxış edib. Ardınca Almaniyanın “Bilfinger SE" tikinti şirkəti bəyanat verib.

Rəsmi Vaşinqtonun isə aydın məqsədi var-sıxılmış təbii qazın eksportunu artırmaq, eyni zamanda yanacağın avro istifadə etməyən Şərqi Avropa ölkələrindən tranzitini dəstəkləmək.

“Financial Times" yazır ki, bütün bunlara son qoymaq üçün Avropa Komissiyası xüsusi plan hazırlayıb. Bu plan avronun rolunu yüksəltməyə, onu dollara qarşı etibarlı rəqib kimi formalaşdırmağa xidmət edir.

Avropa Mərkəzi Bankınn məlumatına görə, avro dünyada dollardan sonra ikinci popuylar valyutadır. Onun daha da cəlbedici olmasını pandemiya şəraitində Avropa iqtisadiyyatının 75 milyard avro həcmində bərpası daha da artırır.

Şərhlər

XƏBƏR LENTİ