Dövlət qurumlarında TENDER ÖZBAŞINALIĞI... - “Tərcümə xidmətini kənd təsərrüfatı şirkəti udur”
Azərbaycanda büdcə xərclərinin optimallaşdırılması, dövlət satılalmalarında şəffaflığın təmin edilməsi gündəmdədir. Prezident də son çıxışlarında dövlət qurumlarının xərclərinə nəzarətin gücləndirilməli olduğunu xüsusilə qeyd edir. Dövlət satınalmalarında mövcud vəziyyət büdcə xərclərini artırmaqla yanaşı, həm də biznesin, sahibkarlığın, rəqabət mühitinin inkişafına mane olur.
Bəzi sahibkarlar da dövlət satınalmalarında çatışmazlıqların onların tenderlərdə iştirakını əngəllədiyini deyirlər. Məsələn, CETA Translations tərcümə mərkəzinin rəhbəri İsmayıl Cəbrayılov "MediaPost"a bildirib ki, əksər hallarda tenderlərin nəticələri əvvəldən məlum olur və formal olaraq keçirilir. Məsələn, kənd təsərrüfatı sahəsində çalışan şirkət tərcümə ilə bağlı tenderin qalibi elan edilir. Və yaxud ayrı-ayrı xidmətlər birləşdirilərək bir kotirovka sorğusu elan edilir. İştirakçılarla bağlı ciddi tələblərin qoyulduğu satınalmada informatika müəllimi qalib elan edilir. Eyni şəxs 4 şirkəti təmsil edərək tenderdə iştirak edir. Bu isə rəqabətliliklə bağlı qaydaları pozur.
Hüquqşünas Əkrəm Həsənov da bu sahədə kifayət qədər neqativ halların şahidi olduğunu deyir. O bildirib ki, Qanuna əsasən məbləği 50 min manatdan yüksək olan açıq tenderlər elektron qaydada keçirilməlidir. Amma əksər dövlət qurumları buna riayət etmir. Məsələn, məhkəmədə hüquqlarını müdafiə etdiyi sahibkar belə bir halla üzləşib. Açıq tender 50 min manatdan yuxarı olduğu halda elektron qaydada keçirilməyib. Bundan əlavə iddiaçını zərflərin açılması proseduruna buraxmayıblar.
Sadalanan mövcud faktlar dövlət satılalmaları sahəsində problemlər haqqında müəyyən qədər də olsa görüntü yaratmış olur. Bəs, bu sahədə şəffaflığa necə nail olmaq olar?
İqtisadçı ekspert Toğrul Vəliyev dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün iştirakçılarla yanaşı, tenderlərin ictimaiyyət üçün də açıq olmasını vacib hesab edir.
Millət vəkili Əli Məsimli də “MediaPost”a bildirib ki, dövlət satınalmaları sahəsində qanunvericilik sənədlərində zəruri dəyişiklik edilib işlək mexanizm yaradılmalıdır. Bununla yanaşı, ictimai nəzarət gücləndirilməlidir.
O əlavə edib ki, işğaldan azad edilən ərazilərin yenidən qurulmasına dövlət vəsaiti ilə yanaşı, özəl vəsait də cəlb ediləcək. Yatırılan hər bir manat səmərəli istifadə edilməlidir. Tenderlərdə şəffaflığın təmin edilməsi bu baxımdan da çox önəmlidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır