Karantin rejiminin yumşaldılması ilə Bakıda kirayə mənzillərin qiyməti qalxacaq?
Azərbaycanda karantin rejiminin mərhələli şəkildə yumşaldılması, bir sıra sahələrin fəaliyyətinə icazə verilməsi ölkə üzrə iqtisadi fəallığı artıracaq. İqtisadi fəallığın artmasının müxtəlif sahələrdə məhsul və xidmətlərin qiymətinə necə təsir edəcəyi müzakirə mövzusudur.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə açıqlamasında karantin rejiminin yumşaldılmasının kirayə mənzil bazarında qiymətlərə təsirindən danışıb.
Onun sözlərinə görə, hazırkı yumşalmalar nəticəsində Bakıda kirayə mənzil bazarında aktivliyin artacağını söyləmək doğru olmaz.
Nüsrət İbrahimov bildirir ki, hələlik yumşalmaların kirayə mənzil bazarına təsiri hiss olunmur.
Ekspert vurğulayıb ki, kirayə mənzil bazarında əsas tələb portfelini formalaşdıran tələbələr, iş üçün Bakıya gələnlər və turistlərdir:
“Hələ ki, bu istiqamətlərdə yumşalmalar olmadığına görə, kirayə mənzil bazarında qiymətlərə təsirdən danışmaq tezdir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır