Azərbaycanda evlərin özəlləşdirilməsi TARİFLƏRİ ARTIRILIB - 2 DƏFƏ BAHALAŞMA
Xəbər verildiyi kimi, yanvarın 4-də Tarif Şurasının iclası keçriilib.
FED.az xəbər verir ki, iclasda qəbul edilən ən mühüm qərar Aİ-92 benzinin və dizel yanacağının qiymətinin artırılması olsa da, burada daşınmaz əmlakla əməliyyatların tarifləri , o cümlədən evlərin özəlləşdirilməsi tarifləri də 2 dəfə artırılıb.
Belə ki, özəlləşdirmə tarifləri:
- Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN
(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib)
Həyətyanı və bağ sahələri üzrə:
- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)
Orta hesabla bütün qiymətlər 2 dəfə artıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır