Sərhəd Xidməti 240 min manatlıq paqon alır
Dövlət Sərhəd Xidməti 240 min manatlıq paqon alır.
Mubahise.az xəbər verir ki, bununla bağlı tender elan edilib. Paqonlar və kakardaların alınması üçün elan edilən tenderin qalibi "Commercial Textile 11" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bunun üçün şirkətə 238 897 manat ödəniləcək.
Şirkət bu günədək 4 tenderdə qalıb gəlib, onlardan üçü DSX-nın tenderi olub. Bundan öncə mənsubiyyət döş nişanlarının alınması üçün 123 min 450 manatlıq tenderin qalibi olub. Həmçinin, DSX-nın başqa bir elanda kakardalar alınması üçün həyata keçirilən tenderində qalib olub.
Şirkət 2020-ci ilin yanvarında yaradılıb, qanuni təmsilçisi isə Abdullayev Namiq Durabək oğludur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır