Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
2020-cu ildə Yevlax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 761 min 621 manat məbləğində 25 tender keçirilib.
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 8 tenderə 1 milyon 019 min 237 manat xərcləyib.
Yevlax Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "TƏMİR-İNŞAAT" MMC şirkət udub. Bele ki, "TƏMİR-İNŞAAT" MMC dəyəri 630 min 355 manat olan tenderin qalibi olub.
Yevlax Rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 199 min 554 manat olan 14 tender müsabiqəsi keçirib. Keçirilən ən böyük tenderin qalibi "TAİS İKF" MMC olmuşdur. Tender Müqaviləsinn məbləği 130 min 718 manat təşkil edir.
Yevlax Suvarma Sistemləri İdarəsi 2 tender keçirib ki, hər iki tenderin qalibi Ticarət-11 MMC olmuşdur. Ticarət-11 MMC Dövlət Qurumu ilə 493 min 444 manatlıq müqavilə imzalayıb.
FED.az 2020-cu ildə Yevlax Rayonunda keçirilən tenderləri təqdim edir.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır