Sabiq deputatın qardaşı 286 min manatlıq tenderin qalibi oldu - İLGİNC
"Azərbaycan Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Peachline” MMC olub. Gənclər Fondu sosial video çarx çəkilişi, jurnal çapı, təbliğat və təşviqat xarakterli müxtəlif promo malların hazırlanması üçün “Peachline” MMC-yə 285 min 796 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Peachline” MMC 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub. MMC-nin qanuni təmsilçisi Fətiyev Elruz Nuru oğludur. Elruz Fətiyev eyni zamanda “Baku Hospitality Group” MMC-nin də qanuni təmsilçisidir.
Məlumat üçün bildirək ki, Elruz Fətiyev sabiq millət vəkili, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır