SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bankların dəyişməyən FAİZ SİYASƏTİ: - “Həm xarici, həm də milli valyuta üzrə faiz dərəcələri çox aşağıdır”

Bankların dəyişməyən FAİZ SİYASƏTİ: - “Həm xarici, həm də milli valyuta üzrə faiz dərəcələri çox aşağıdır”

Tarix:

28-08-2020, 17:38

/ 1 413 dəfə oxundu.
Bankların dəyişməyən FAİZ SİYASƏTİ: - “Həm xarici, həm də milli valyuta üzrə faiz dərəcələri çox aşağıdır”

"Faiz dərəcələri cəlbedici olmadıqca, depozitlərə marağın artacağını gözləməyə dəyməz”.

Mərkəzi Bankdan verilən məlumata görə, əhalinin banklardakı əmanətləri son bir ayda 67,8 milyon manat artıb. Qeyd olunan artıma baxmayaraq, ilin əvvəlinə nisbətən bu göstərici 863,7 milyon manat azalıb.

Yenicag.az-a açıqlamasında əhalini banklara əmanət qoyuluşundan çəkindirən amilləri şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, dövlətin uyğun mexanizmləri olmadığı təqdirdə, əmanət qoyuluşu kəskin azalacaq:

“İlin əvvəli ilə müqayisədə əmanət qoyuluşunun azalmasına təsir edən amillərdən biri aprel ayında 4 bankın bağlanması nəticəsində yaranan ajiotajdır. Nəticədə insanlar növbəti banklarda da oxşar problemlərin yaşana biləcəyini düşündülər və onların bir qismi öz depozitlərini çıxarmağa qərar verdilər.

Lakin son aylar əmanət qoyuluşundakı artım onu göstərir ki, depozitini çıxaran insanlar sadəcə, başqa banklara üz tutublar. Əslində, Azərbaycanda xarici valyuta ilə bağlı faiz dərəcələri çox aşağıdır, manatla bağlı depozitlərdə isə müəyyən azalmalar müşahidə olunur.

Bu proses əmanət qoyuluşuna marağın azalması ilə paralel baş verir. Əhalinin depozitə marağını artırmaq üçün bank sisteminin fəaliyyətinə inam yaradılmalıdır. Əmanətlərin sığortalanması sistemi inkişaf edərsə, əmanət qoyuluşuna maraq arta bilər. Təəssüf ki, bəzi bankların bağlanması və ya müəyyən problemlərin yaranması bank sisteminin kövrəkliyini açıq göstərir”.

Şərhlər

XƏBƏR LENTİ