Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Goranboy Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 153 787.6 AZN olan müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, müqaviləyə əsasən şirkət Goranboy rayonunda abadlıq işləri aparmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Ərdağ MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.
Bu il iyun ayında şirkət Gəncə Şəhər İcra Hakimiyyəti ilə 3 174 710.26 AZN, iyul ayında isə Göygöl Rayon İcra Hakimiyyəti ilə 859 424.6 AZN dəyərində müqavilə imzalayıb.
Bəzi iddialara görə, şirkət Gəncədəki məmurlardan birinə məxsusdur. Nazim Məmmədov isə MMC-nin formal sahibidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır