XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Gələn aydan avtomobillər bahalaşacaq — HAZIRKİ QİYMƏTLƏR

Gələn aydan avtomobillər bahalaşacaq — HAZIRKİ QİYMƏTLƏR

Gələn aydan avtomobillər bahalaşacaq — HAZIRKİ QİYMƏTLƏR
26-08-2020, 11:43

Pandemiya dövrü yeni və işlənmiş avtombil bazarına təsir edib. Lakin son aylarda ölkəyə avtomobillərin gətirilməsi çoxalıb”.

Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, artıq avtomobil bazarında canlanma yaranıb:

“Yaz-payız aylarında avtomobil bazarında həmişə artım olur. Qeyd etmək lazımdır ki, ikinci əl avtomobil bazarında işbaz satıcılar süni qiymət artımı edirlər. Ona görə də, işlənmiş avtomobil bazarında qiymətlər heç vaxt stabil olmur. Amma ümumilikdə ötən ilə nisbətən, bu il qiymətlərdə ucuzlaşma müşahidə olunur. Buna ilin əvvəlindən başlayan pandemiya çox təsir göstərib. Alıcılıq qabiliyyəti aşağı düşüb, satıcılar da məcburdular ki, qiyməti aşağı salsınlar. Lakin mən bunu avtomobil salonlarına aid etməzdim. Doğrudur, salonlarda rəsmi dillerlər tərəfindən təklif olunan avtomobillərin qiymətində kifayət qədər endirim müşahidə edilir”.


Ekspert qeyd edib ki, hazırda işlənmiş avtomobil bazarında qiymət fərqi az hiss olunur:


“Məsələn; ötən ilin bu vaxtlarında 15-16 minə təklif olunan avtomobilin qiyməti, bu il 13-14 min manatdır. Lakin düşünürəm ki, payız aylarında qiymətlərdə yenidən artım müşahidə olunacaq. Çünki alıcı kütləsi artdıqca bu, qiymətə də öz təsirini göstərir. Çünki pandemiya dövründə bu işlə geniş məşğul olanlar xarici ölkələrdən kifayət qədər avtomobil gətiriblər. Satıcılar avtomobil üzərində kosmetik dəyişikliklər etdirlər, olduqca baha qiymətə satırlar. Düşünürəm ki, avtomobil bazarında qiymətlərə dövlət tərəfindən çox ciddi şəkildə nəzarət edilməlidir “.


Bəzi işlənmiş avtomobillərin qiymətini təqdim edirik:


"Mercedes E 220", 2.2 L, 2012 il, 165 000 km - 20 600 $


"Land Rover", "Range Rover", 4.2 L, 2008 il, 198 000 km - 21 000 $


"Chevrolet Cruze", 1.4 L, 2013 il, 123 000 km - 16 800 AZN


"Kia Ceed", 1.4 L, 2010 il, 126 500 km - 14 300 AZN


"Mercedes E 240", 2.6 L, 2002 il, 319 000 km - 15 900 AZN


"Opel Astra", 1.8 L, 2008 il, 134 000 km - 12 600 AZN


"Ford Fusion", 2.0 L, 2013 il, 129 000 km - 13 100 AZN


"Mercedes Vito" 111, 2.2 L, 2008 il, 372 450 km - 23 500 AZN


"LADA" (VAZ) 2107, 1.6 L, 2005 il, 85 113 km - 5 500 AZN

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.