Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir
"Bank BTB" 2020-ci ilin birinci yarısının 107 min manat məbləğində zərərlə başa vurub. Əvvəlki illərin xalis zərərini (5.8 milyon manat) nəzərə alsaq, bank 5.9 milyon manat ziyandadır.
30 iyun 2020-ci il tarixinə bankın aktivləri 360.2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 91.4 milyon manat artımdan xəbər verir. Xalis kredit portfeli təxminən 79 milyon manat artaraq 209.9 milyon manata çatıb.
Maliyyə göstəricilərini təhlil edəndə məlum olur ki, 214.4 milyon manat olan ümumi kredit portfelinin 12.4%-i və ya 26.6 milyon manatı təminatsızdır ki, bunun 11.6 milyon manatı biznes, 14.6 milyon manatı istehlak kreditlərinin payına düşür.
Yeri gəlmişkən, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 milyon manatdan artıq ehtiyat yaratmağa məcbur olub.
Bankın depozit portfeli ilin əvvəlindən 44 milyon manat artaraq 134.4 milyon manata çatıb.
Bankın nizamnamə kapitalı 66.45 milyon manat olaraq qalıb, məcmu kapitalı (requlyativ norma - 50 milyon manat) isə 62.1 milyon manat.
Qeyd: "Bank BTB" ASC-nin səhmdarları barədə açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N.Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.(pravda.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır