"Rabitəbank” zərər etdiyi halda mənfəət etdiyini göstərir?
Rabitəbank”ın illərdir yığılmış zərərinin həcmi cari ilin əvvəli ilə müqayisdə yarımilliyin sonunda 3.83 mln. manat (54%) artıb.
Banker.az bu barədə kommersiya bankının cari ilin ikinci rübünə dair açıqladğı maliyə hesabatında bu qeyd edilir.
Kommersiya bankının illərdir yığılmış zərərinin həcmi 10.88 mln. manat olub. Məlumat üçün bildirək ki, yığılmış zərərin həcmi cari ilin əvvəlində 7.05 milyon manat idi.
Bildiyimiz kimi balansdakı yığılmış zərərin artmasının səbəbi birbaşa bankın həmin müddət ərzində zərər etdiyi halda müşahidə edilir. Lakin, “Rabitəbank”da bu qeyd etdiyimiz rəqəmlər uzlaşmır. Belə ki, bank 2020-ci ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatında 1.77 mln. manat xalis mənfəət əldə etdiyini nəzərə alsaq, yığılmış zərərin yarımilliyin sonunda 5.28 mln. manata düşməsini müşahidə etməliydik.
Necə olur? Bank həm mənfəət edib və həm də yığılmış zərərinin həcmi artıb?
O zaman, “Rabitəbank”ın özü tərəfindən ictimayyətə açıqladığı hesabatda yanlışlıq olduğunu görəcəyik.
Bank hesabatında göstərir ki, kapitalının həcmi yarımilliyin sonuna 97.76 mln. manata düşüb. Yəni, 4% azalıb. Bunun da səbəbi, yuxarıda bankın yığılmış zərərinin həcmi artması səbəbindəndir.
Xatırladaq ki, bankın nizamnamə kapitalı 101.3 mln. manatdır.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır