"İdeal"ın bank hesablarına həbs qoyuldu - FOTOFAKT
Azərbaycanın kosmetika ticarəti bazarının əsas oyunçularından olan «İdeal» mağazalar şəbəkəsinin bank hesablarına həbs qoyulub.
Fed.az-a istinadən xəbər veririk ki, hesablara həbs qoyulması «İdeal»ın keçmiş sahibi, iş adamı İlqar İsmayılovun məhkəmə iddiası nəticəsində baş verib. İ.İsmayılov bildirir ki, satış şəbəkəsi ondan «Premium bank» rəhbərliyi tərəfindən şantaj yolu ilə qanunsuz şəkildə alınıb.
İ.İsmayılov «İdeal» şirkətinin hüquqi varisı olan «Adore» MMC-ni bir neçə maddə ilə məhkəməyə verib və dividend tələbi iddiasına görə, «Adore» MMC nin bütün hesablarına həbs qoyulub. Xatırladaq ki, bir qədər əvvəl «Adore» MMC digər parfümeriya satışı şəbəkəsini «Sabina»nı da satın alıb.
«Adore» MMC-nin sahibləri də «Premium bank»ın sahibləridir.
İlqar İsmayılov sözügedən şirkətdən dividend kimi 2 milyon 94 min manat tələb edir. Xəzər Rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə baxılan işdə, məhkəmə qərarı ilə «Adore Kompani» MMC-nin ümumilikdə 10 bankda olan 28 hesabına ümumilikdə həmin məbləğdə həbs qoyulub.
Həbs qoyulan hesabların 7-si «Premium bank»da (keçmiş «Bank Silk Vey»), 4-ü «Paşa Bank»da, 4-ü isə «Kapitalbank»dadır.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır