"Atabank"da araşdırmalar başladı — Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?
"Atabank” rəhbərliyinin fəaliyyəti araşdırılır.
Sfera.az xəbər verir ki, bankın rəhbərliyi və şöbə müdirləri dindirilir.
"Atabank”ın bağlanması bir çox suallar yaradıb. Ölkənin ən tanınmış banklarından olan "Atabank”ın pullarının qeybə çəkilməsi isə daha böyük müəmmadır.
Məlumata görə kripto-nun çözülməsi üçün bir nəfərin istintaqa cəlb edilməsi olduqca vacibdir.
Bu şəxs əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovdur.
Qafar Qurbanov uzun illər keçmiş Vergilər Naziri Fazil Məmmədovun ən inanılmış adamı və sirr boxçası olmuşdur.
Onun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.
Qafar Qurbanov "Atabank" Müşahidə Şurasının üzvü olmuşdur.
Hələ Nazirin köməkçisi olduğu zamanlarda Qafar Qurbanov əslində Bakıda kölgə vergilər naziri kimi dəbdəbəli həyat sürürdü.
Böyük maliyyə vəsaitlərinə birbaşa çıxışı olan Qurbanov 90 AA 041 nömrəli müxtəlif lüks xidməti maşınlara sahib idi.
Nazir köməkçisi olaraq Qurbanovun tez-tez Londona ezamiyyətləri Vergilər nazirliyi əməkdaşlarının geniş müzakirə etdiyi mövzulardandır.
Axı Vergilər Naziri köməkçisinin Londonda nə işi ola bilərdi?
Çox keçmir ki, Qafar Qurbanov və Samir Qurbanov Vergilər Naziri Fazil Məmmədov tərəfindən vəzifələrindən uzaqlaşdırılır.
Fazil Məmmədov elə bir görüntü yaratmaq istəyirdi ki, sanki artıq bu qardaşlarla əlaqəyə malik deyil. Reallıq isə başqa idi. Nazirlə qohumluq əlaqələrinə malik olan Qafar Qurbanov o gün də, bu gün də Nazirin ən yaxın adamıdır.
Sadəcə Fazil Məmmədov illər öncədən özünün Nazir postundan uzaqlaşacağı "qara gün" planını işə salmışdı.
Belə ki, dəyəri milyardla ölçülən vəsait illər öncədən Qafar Qurbanov vasitəsilə Londona ötürülürdü.
Hal-hazırda Qafar və Samir Qurbanovlar Londonda yaşayır. Onların ailə üzvləri Londonun ən bahalı alış-veriş mərkəzi olan Harrods-un daimi müştəriəri arasındadır.
Nəticə isə göz qabağındadır.
"Atabank"-ın müflis olmuş müştəriləri və sərvəti Milyarda ölçülən Məmmədov - Qurbanov cütlüyü...
Mövzuya qayıdacağıq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır