"AccessBank" BAĞLANA BİLƏR... - GƏLİŞMƏ
"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "AccessBank"ın xalis faiz gəliri 3 ay ərzində 32 mln. 869 min manat azalaraq 15 mln. 262 min manata düşüb. Bununla yanaşı bankın qeyri-faiz gəlirləri də kəskin şəkildə əriyib. Belə ki, bankın qeyri-faiz gəlirləri 25 mln. 584 min manat azalaraq 2 mln. 340 min manata bərbər olub.
Qeyri-faiz gəlirlərinin azalmasının səbəbi isə müştərilərdən alınan haqq və kommisiya gəlirinin 3 ay əzrində 11 mln. 528 min manat azalaraq 3 mln. 623 min manata düşməsi olub.
Hazırda "AccessBank"ın xarici valyutadan gələn zərəri 3 ay ərzində qismən azalsa da, bank bu valyutadan dəyən zərəri aradan qaldıra bilməyib . Belə ki, bankın xarici valyutadan olan zərəri 7 mln. 606 min manat azalaraq 1 mln. 444 min manata düşüb. Bankın əldə etdiyi digər gəlirlər isə 3 ay əzrində 21 mln. 743 min manatdan 161 min manata qədər çöküb.
"AccessBank"ın qeyri-faiz üzrə gəliri 46 mln. 252 min manat azalaraq 16 mln. 21 min manata çatıb. Bank korporativ müştərilərini itirdiyi üçün əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 22 mln. 588 min manat azalaraq 7 mln. 690 min manat olub.
Bankın ümumi və inzibati xərcləri 7 mln. 419 min manat azalaraq 2 mln. 954 min manata, amortizasiya xərcləri 5 mln. 474 min manat azalaraq 1 mln. 841 min manata, digər xərcləri isə 3 ay ərzində 10 mln. 771 min manat azalaraq 3 mln. 536 min manata bərabər olub.
"AccessBank" mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarını kəskin şəkildə azaldıb. Belə ki, 3 ay ərzində sözügedən ehtiyatını 102 mln. 592 min manat azaldaraq 894 min manata salıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır