Müştərilər "AccessBank"dan pullarını geri çəkirlər - RƏSMİ
AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb. "AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə, bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb.
"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, bankın aktivlərinin “əriməsinin” əsas səbəbi kredit portfelinin azalmasıdır. Belə ki, "AccessBank"da istehlak kreditləri 1 mln. 197 min manat (cüzi artıb), biznes kreditləri 7 mln. 520 min manat, daşınmaz əmlak kreditləri isə 582 min manat azalıb.
"AccessBank"ın cəmi öhdəlikləri 3 ay ərzində 4 mln. 911 min manat azalıb. Bunun əsasə səbəbi isə müştərilərin bankda olan depozitlərini geri çəkməsidir. Belə ki, bankda əmanəti olan fiziki şəxslər pullarını geri götüblər ki, bu da 56 mln. 754 min manat azalma deməkdir.
Qeyd edək ki, bununla yanaşı, bank öz hüquqi müştərilərini də itirib. Bankda hüquqi şəxslərin depozitləri 15 mln. 855 min manat azalıb. "AccessBank"ın ümumi depozit portfeli 3 ay ərzində 72 mln. 609 min manat azalıb.
Bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 3 ay ərzində 3 mln. 552 min manat artıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır