Ramiz Mehdiyevin bankında vəziyyət qarışdı — Səhmdarlar narahatdır
Bu il 10 yaşı tamam olan Bank "BTB” ASC-də vəziyyət ürəkaçan deyil.
Bir çox bankların bağlanması və "cırtdan" bankların taleyinin ipdən asılı olduğu bu günlərdə "BTB"-nin daha bir ciddi qayğısı var.
Belə ki, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə aid olduğu bildirlən bankın səhmdarları arasında əməlli-başlı gərginlik var.
R.Mehdiyevin siyasi hakimiyyətdəki yerini və təsirini itirməsi ilə bankın ağır günləri başlayıb.
Bu il bir neçə filialını bağlayan və 50-dən çox işçisini ixtisar edən, son günlər lizinq kreditləri verməyi də dayandıran bank indi də tamamilə bağlanmaq riski ilə üz-üzədir. Bankın digər səhmdarları bunun Ramiz Mehdiyev faktoru ilə bağlı olduğunu düşünərək, ondan səhmdarlar arasından çəkilməsini istəyirlər.
Qeyd edək ki, «Bank BTB» ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. Media yazır ki, N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb.(hit.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır