Nazirliyə «şapka» verən şirkətin QAZANDIĞI TENDERLƏR - İLGİNC SİYAHI
Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin həbsi ilə nəticələnən DTX əməliyyatında nazirliyin bəzi tenderləri və bu tenderləri qazanan şirkət, eləcə də tenderlər zamanı verilən rüşvət halları haqqında da məlumat verilir.
FED.az xəbər verir ki, əməliyyat öarədə açıqlanan məlumatlara görə, Binəqədi rayonu İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulma işləri üçün alınan 11 milyondan artıq vəsaitin təqribən 900 min manatı «şapka» kimi nazirliyə qaytarılıb.
Qeyd edək ki, söhbət «Piramida-F.R» MMC şirkətindən gedir. Şirkət həmin tenderi 2018-ci ildə qazanıb və 2018-ci ilin 12 dekabrında şirkətlə nazirlik arasında müvayiq müqavilə bağlanıb.
Şirkətin rəhbəri Şamxal Ağaşirinov bildirib ki, müqavilədə nəzərdə tutulan 11 milyon manat vəsaitin 6 milyon manatı «Piramida-F.R» MMC-yə ödənilib. Ondan ƏDV məbləğini çıxandan sonra qalan məbləğin 20%-i, təqribən 900 min manatı «otkat» kimi nazirliyə qaytarılıb.
Müəssisə rəhbəri 11 milyon manatlıq məbləğin qalan hissəsinin taleyi ilə bağlı məlumat verməyib.
FED.az-ın araşdırmasına görə, «Piramida-F.R» MMC dövlət tenderlərində aktiv iştirak edən şirkətdir. İndiyədək tkcə son iki ildə şirkət dövlət satınalmalarında irili-xırdalı 40 müqavilə udub. Onların əksəriyyəti və ən byöük məbləğləri Mədəniyyət Nazirliyinin qurumları ilə olub. Şirkətin tenderini udduğu qurumlar arasında Xətai rayon icra hakimiyyəti, Ədliyyə Nazirliyi, FHN, hətta Baş Prokurorluq da var.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır