Yanacaq gömrük rüsumundan azad edildi
Bu gündən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib...
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 2 mart 2020-ci il tarixli qərarında əksini tapıb.
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
Qeyd edək ki, indiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.
Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Eyni zamanda bu gündən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı 2 mart 2020-ci il tarixli qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 80 dəfə azaldılıb.
Bununla da TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib.
Digər reaktiv mühərrik yanacaqları üçün isə aksiz dərəcəyi 1 ton üçün 80 manat səviyyəsində saxlanılıb.
KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinlə bağlı da aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Digər məqsədlər üçün kerosinin 1 tonu üçün 80 manat aksiz dərəcəsi isə qüvvədə saxlanılıb.
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır