Koronavirusa görə araq istehsalı 5 qat artıb, yaxşı satılır – ŞƏRAB İSƏ ANBARDA QALIB
Azərbaycanda araq və pivə istehsalı kəskin artıb, şərab istehsalında kəskin azalma var.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 milyon 368,8 min dekalitr ( dekalitr 10 litrdir) araq istehsal edilib ki, bu da ötən ilin əvvəlki dövrü ilə müqayisədə 5,2 dəfə artıqdır. Araq həm də yaxşı satılır. Martın 1-ə olan məlumata görə, anbarlarda araq üzrə hazır məhsul ehtiyatı cəmi 250,6 min dkl-dir. Bu da aylıq istehsalın 3-də biri qədərdir.
Ölkədə ilk iki ayda pivə istehsalı da artıb. Yanvar-fevral ayında 456,5 dkl pivə istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,2% artım deməkdir. Amma pivə araq kimi satılmayıb – pivənin yarısı anbarlardadır. Martın 1-ə anbarlarda 230,5 dekalitr qalır ki, bu da bir aylıq istehsal qədərdir.
Bu ilin əvvəlindən ölkədə 59,2 min dkl likör istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 42% faiz artıb. Anbarlarda hazır məhsul 38,7 dkl olub, yəni 1 aylıq istehsalın 1,3 misli qədər.
Konyak və şərabda isə həm istehsalda, həm də satışda ciddi problemlər var.
Yanvar-fevral aylarında ölkədə 5,1 min dekalitr konyak istehsal edilib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35% azdır. Eyni zamanda anbarlarda hazırda 14,3 min dekalitr və ya təqribən 6 aylıq istehsal qədər hazır konyak var.
Ən çətin vəziyyət şərab istehsalında yaranıb. DSK-nin məlumatına görə, bu ilin iki ayında üzüm şərabının istehsalı 43,9 min dkl olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,1% azdır. Şərabın satışı da olduqca pisdir. Hazırda anbarlarda şərab üzrə hazır məhsul ehtiyatı 1 milyon 073,1 min dkl təşkil edib. Başq sözlə, hazırda anbarlarda 4 illik istehsal qədər məhsul ehtiyatı yığılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır