SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İpoteka Fondunun “düzəltdiyi qaş”... - “Qiymətlər kirayəçilərin sosial vəziyyətinə uyğun deyil”

İpoteka Fondunun “düzəltdiyi qaş”... - “Qiymətlər kirayəçilərin sosial vəziyyətinə uyğun deyil”

Tarix:

16-03-2020, 18:31

/ 1 210 dəfə oxundu.
İpoteka Fondunun “düzəltdiyi qaş”... - “Qiymətlər kirayəçilərin sosial vəziyyətinə uyğun deyil”

"Kirayə mənzillərin qiymətinin ucuzlaşması tikinti şirkətlərinin fəaliyyətindən asılıdır”.

Kirayə mənzillərin qiymətləri və aylıq ödənişlərinin məbləği açıqlanandan sonra potensial alıcılar mənzil seçiminə başlayıblar. Lakin kirayəçilərin əksəriyyətinin müəyyən olunan satış qiymətlərinə yanaşması birmənalı deyil.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Yenicag.az-a açıqlamasında kirayə mənzilin verilməsi mexanizminin kirayəçilərin sosial vəziyyəti ilə uyğunluğunu şərh edib.

İcraçı direktorun sözlərinə görə, mövcud şəraitdə kirayə müqaviləsi üzrə müəyyən olunan qiymətlər kirayəçilərin sosial vəziyyətinə uyğun deyil:

“Bir il öncə açıqlanan şərtlərə əsasən, vətəndaş kirayədə qaldığı mənzili ipoteka yolu ilə özəlləşdirə biləcəkdi. Lakin mexanizm tam formalaşandan sonra İpoteka və Kredit Zəmanət Fondu 2013-cü ildən sonra inşa olunan yeni tikililərdəki mənzilləri öz hesabına alaraq, vətəndaşlara kirayəyə verməyə başladı.

Vətəndaş uzunmüddətli ödənişdən sonra kirayə qaldığı mənzilin mülkiyyətçisinə çevrilməlidir. Fondun bu addımı isə istehlakçıların marağına uyğun olmadı”.

Elnur Azadov bildirib ki, əmlak bazarında təkliflər çox azdır və bu hal kirayə mənzillərin qiymətinin yüksək olmasına yol açır:

“İllər keçdikcə, bu şərtlərdə müəyyən dəyişikliklər baş verəcək. Əvvəllər “xruşovka” layihəli binalar ən ucuz olduğuna görə bir və ya iki otaqlı mənzillər alınırdı. Lakin son illər yeni inşa olunan binalardakı mənzillərə üstünlük verilir. Lakin yeni binalardakı mənzillərin qiyməti əksər kirayəçilərin sosial vəziyyətinə uyğun deyil. Kirayəçilərin mənzillərlə təmin olunması üçün tikinti şirkətləri bazara ucuz mənzillər çıxarmalı və rəqabət mühiti yaratmalıdır”.

Qeyd edək ki, kirayə mənzilin 1 kvadrat metri 3 min 034 manata təklif olunur. Bu mənzili seçən vətəndaş 300 ay (25 il) müddətində hər ay 874 manat ödəməlidir. Qabaqcadan ödənişin məbləği isə 10 min 486 manat təşkil edir. İlkin ödəniş alış qiymətinə daxildir.

Şərhlər

XƏBƏR LENTİ