Kosmetika bazarında qiymətlər bahalaşdı - 50 faiz - VİDEO
Dünyanın probleminə çevrilmiş koronavirus hər sahədə olduğu kimi kosmetoloji sahəyə də öz zərərini verib. Çünki kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu. Hazırda isə Çindən məhsul gəlmədiyindən bu sahədə də ciddi problemlər ortaya çıxıb. Belə ki, kosmeteloji prosedurlar və alınacaq məhsulların qiyməti artıb.
Korona virus təhlükəsi kosmetoloji bazarı da alt üst edib. İstər kosmetik məhsullar, istərsədə kosmetoloji prosedurların qiymətləri 50 faizdən çox artıb.
Kosmetoloqların sözlərinə görə, əvvəllər adi bir prosedur üçün 50-100 manat tələb olunurdusa, artıq bu 2 dəfədən çox bahalaşıb. Bununla yanaşı müştərilərin seçim imkanı da azalıb.
Artıq insanlar Avropadan gələn bahalı məhsullara müraciət etməli olurlar ki, bu da bəzilərinin büdcəsinə uyğun olmur.
Kosmetik məhsullar bazarında da artım var. Mağazalar Çindən məhsul gəlməməsinin bazara ciddi təsir etdiyini bildiririlər.
Satıcıların sözlərinə görə, artıq ucuz məhsul olmadığından alıcılar daha çox nisbətən bahalı məhsullara müraciət etməli olurlar.
Qeyd edək ki, kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır