"Azərbaycan Hava Yolları” 1,5 milyard manat zərərdə
"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2017-ci ili 41,568 milyon manat zərərlə başa vurub.
“Report” aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 83,7% azdır.
Bununla belə, qurumun yığılmış zərəri 3% də artaraq 1 433,579 milyon manata çatıb.
2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879,904 milyon manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883,184 milyon manat (25,05% çox), maliyyə xərcləri 91,636 milyon manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53,348 milyon manat (2016-cı ildə zərər olub) təşkil edib.
2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 129,027 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2% azdır. Bunun 1 864,432 milyon manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4% çoxdur.
Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4% artaraq 2 634,027 milyon manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100% dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823,974 milyon manatdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır