Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu - FOTOFAKT
Mərkəzi Bank tərəfindən tədavülə buraxılan kağız pulların üzərindəki Azərbaycan xəritəsində yanlışlığa yol verilib.
Yeniavaz.com xəbər verir ki, hazırda Ermənistanın işğal etdiyi Sədərək rayonunun Kərki kəndi kağız pulların üzərində təsvir olunan Azərbaycan xəritəsində yer almayıb.
Məlumat üçün bildirək ki, Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki eksklav (ölkənin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan) torpaq parçasıdır. Hətta, işğal altında olmasına baxmayaraq Kərki kəndi BMT tərəfindən Azərbaycan ərazisi kimi tanındığı üçün Ermənistanda çap olunan bəzi xəritələrində də Kərki kəndi Azərbaycan ərazisi kimi qeyd olunur.
Onu da bildirək ki, Kərki kəndi 1990-cı ildə ermənilər tərəfindən işğal edilib. Kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda Yeni Kərki adlı qəsəbə salınıb.



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır