Rövnəq Abdullayev Zelenski ilə görüşdü
Davosda Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.
V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.
“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- Zelenski vurğulayıb.
Görüşdə həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır