Yanvarın 1-dək 50 manat hazırlayın, yoxsa..: - Evlərin icbari sığortasının səbəbi məlum oldu
Evlərin icbari qaydada sığortası 2020-ci ilin yanvarın 1-dən ciddi şəkildə nəzarətə götürüləcək.
Bu prosesə əməl etməyən, yəni evini sığortalatmayan vətəndaşlar isə cərimə ödəməli olacaqlar.
Bildirək ki, "İcbari sığortalar haqqında" Qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və buraya obyektlər, inzibati binalar, yaşayış sahələri daxildir. Bakıda bir mənzilin sığortalanması üçün illik 50 manat, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manat tələb olunur.
Maraqlıdır, bu sığortanı icbari edən hansı səbəb olub və sistem tam hazırdır?
Dövlət Sığorta Şirkətindən məsələ ilə bağlı Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, icbari sığortanın tətbiq sistemi 2011-ci ildən hazırdır. Lakin İcbari Sığorta Bürosunun öhdəliyində olan əmlakdan gələn sənədlərin yoxlanılmasına hazırlıq hələ tam deyil:
“İcbari sığorta haqqında” Qanun 2011-ci ildə qəbul olunub. Elə 2011-ci ildən də məcburi sığorta olmalı idi. Sadəcə, yanğınlardan sonra proses canlanmağa başladı. Sistemimiz də məhz 2011-ci ildən hazırdır. Əmlakdan gələn sənədlərin yoxlanması İcbari Sığorta Bürosunun öhdəliyindədir. Bildiyimiz qədərilə hələ hazır deyil. Bizdə isə icbari sığorta prosesi hazırda da davam edir”.
Məsələ ilə bağlı Cebhe.info İcbari Sığorta Bürosuna sorğu göndərib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...