36 milyon büdcəsi olan bələdiyyəyə 65 milyonluq seçki
"Ötən il 36 milyon manat büdcə gəlirləri olan bələdiyyələrə bu il dövlət büdcəsində 5,7 milyon manat dotasiya və subvensiya nəzərdə tutulduğu halda, dünənki seçkilərin keçirilməsi üçün 56,6 milyon manat Mərkəzi Seçki Komissiyasının, 8,6 milyon manat isə dairə seçki komissiyalarının və katibliyinin saxlanılmasına vəsait xərcləndi"
“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsinə 65,2 milyon manat xərclənib.
Q.İbadoğlu hesab edir ki, belə seçkilərlə bələdiyyələri tamam gözdən salmaqdansa, seçki pullarını onların arasında bölüşdürməyin daha çox faydası olardı: "Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur. Yəni həmin vəsaiti xərcləməyib uşaq puluna yönəltsəydik, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır