Azərbaycan Dünya Bankının kreditindən imtina etdi
Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.
Dünya Bankından Unikal.org-a verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib.
"Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək", - bankdan bildirilib.
Qeyd edək ki, Azərbaycan hökuməti hələ 2019-cu ilin yanvarında DB-dən layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində DB kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb.
"Beləliklə, layihənin dörd komponentinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 66,7 milyon dollarlıq kreditdən 15,504 milyon dollar istifadə edilib", - mənbə deyib.
Kreditin restrukturizasiyası çərçivəsində hər bir komponentin həcmi aşağıdakı kimi müəyyənləşdirilib: "Mikrolayihələr" üçün 3,51 milyon dollar (əvvəl 16,5 milyon dollar idi), "Məcburi köçkünlərin məskunlaşması üçün mənzil təmiri və sosial-iqtisadi infrastruktur" üçün 1,85 milyon dollar (22,53 milyon dollar), “Yaşayış vasitələrinə dəstək" üçün 5,9 milyon dollar (20 milyon dollar) və “Layihənin idarə edilməsi, tətbiqetmənin dəstəklənməsi və potensialın genişləndirilməsi" üçün 2,67 milyon dollar (7,5 milyon dollar).
DB-nin bu kredit ehtiyatları IDP layihəsi üçün əlavə maliyyələşdirmə çərçivəsində 2016-cı ilin ortalarında Azərbaycana verilmişdi. 2001-ci ildən bəri DB Azərbaycanda yaşayış şəraitinin yaxşılaşdırılması və 500 mindən çox məcburi köçkünün gəlirlərinin artırılması üçün ümumi dəyəri 128,2 milyon dollar olan üç kredit ayırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır