Xoşbəxt Yusifzadə: “TANAP-la indiyədək 3,5 mlrd. kubmetr qaz nəql edilib”
Bu günədək Türkiyəyə Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə 3,5 mlrd. kubmetr “Şahdəniz” qazı nəql edilib"...
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xalq qəzeti”nə müsahibəsində məlumat verib:
“2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizinin 2000 kilometrlik hissəsinin – TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Beləliklə də “Şahdəniz” qazının TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. Ən nəhayət bütün Avrasiya üçün tarixi hadisə olan və bu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşən hissəsinin açılışı təkcə ölkəmiz üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq.
TANAP-ın investisiya dəyəri 6,5 mlrd. dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır