Turizm haqqında qanuna dəyişikliklər edilə bilər
Azərbaycanda "Turizm haqqında" qanuna və Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanır...
Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırda dövlət qurumları ilə müzakirələr aparılır.
"Məsələn, müzakirə olunan məsələlərdən biri ölkədə göstərilən turizm xidmətlərinin qiymətlərinin optimallaşdırılması üçün mövcud bazar iqtisadiyyatı şəraitində şirkətlər arasındakı rəqabət mühitini pozmadan müəyyən mexanizmlərin hazırlanmasıdır. Əlbəttə, qiymətlərin daha münasib olması birmənalı olaraq rəqabət mühitinin olmasıdır və bunu nəzərə alaraq hesab edirəm ki, hotellərin və turizm obyektlərinin sayının artırılması istiqamətində müəyyən işlər görülməlidir. Hazırda bu sahəyə daha çox investisiyanın cəlb edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə işlər həyata keçiririk", - deyə F. Nağıyev qeyd edib.
Agentliyinin sədri ölkədə turizm reyestrinin yaradılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, işlər tamamlanmaq üzrədir və reyestr yaxın vaxtlarda istifadəyə veriləcək. Reyestrdə həm hotellər, həm də turizm sahəsində göstərilən xidmətlərlə bağlı məlumatlar əks olunacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır