"11 ayda vergi və gömrük orqanları büdcəyə 934 milyon manat əlavə vəsait daxil edib” - Prezident İlham Əliyev
Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir”.
Bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
“Bu gün mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları plandan əlavə 934 milyon manat vəsaiti büdcəyə daxil ediblər. Bunu da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm də gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirilib, yeni rəhbərlər təyin edilib və beləliklə nəticə göz qabağındadır. Ona görə də struktur islahatları ilə bərabər kadr islahatları da aparılır. Cəmiyyət struktur islahatlarını yüksək qiymətləndirir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiq edilib. Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var. Ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc, peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər və ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab versin”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır