Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri BAHALAŞDIRIB
Azərbaycanda xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi bu il noyabrın 1-nə 6,69% təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, faiz dərəcəsi oktyabrın 1-i ilə müqayisədə 0,05 faiz bəndi artıb. Beləliklə, manatla verilmiş kreditlərdə orta faiz dərəcəsi üzrə ilin əvvəlindən davam edən azalmanı artım əvəz edib. Hüquqi şəxslərə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 5,51%-dən 5,54%-ə, fiziki şəxslərə verilmiş kreditlər üzrə isə 11,36%-dən 11,61%-ə yüksəlib.
Hesabat dövründə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34% olmaqla sabit qalıb.
Xatırladaq ki, 1 yanvar 2019-cu il tarixinə manatla kreditlərdə orta faiz dərəcəsi 14,24%, xarici valyutada isə 8,06% olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır