Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi
Nazirlər Kabineti Maliyyə Nazirliyinin Kollegiyasının tərkibinin dəyişdirilməsi haqqında qərar verib.
Bununla əlaqədar “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilib.
Bu qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri Maliyyə naziri, üzvləri Maliyyə nazirinin müavinləri, Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru, Büdcə şöbəsinin müdiri, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi olacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır