Təhsil Nazirliyinin 3 MİLYON MANATLIQ TENDERİ «TAPILIB» - İLGİNC
Təhsil Nazirliyi özünün müxtəlif məqədlə elan etdiyi 2 tenderinin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin tender komissiyası bildirir ki, tələbatın formalaşdırılması və topdanalınması üçün 29 oktyabr 2019-cu il tarixində elektron qaydada həyata keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən, «Smart Solyuşns» MMC qalib elan edilib və həmin təşkilatla DV ilə birlikdə 29 452 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
Nazirliyin ikinci tenderi daha maraqlıdır. Rəsmi açıqlamayı görə, Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin tender komissiyası bildirir ki, 282100 «Sair xərclər» maddəsi üzrə malların satın alınması məqsədilə, 18 oktyabr 2019-cu il tarixində elektron qaydada həyata keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən, «Simplex» QSC qalib elan edilib və həmin təşkilatla 3 373 117 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, rəsmi mətbuatda eyni vaxtda açıqlanmasına baxmayaraq dövlət satınalmaları portalında 3 milyonluq tenderin elanı və nəticələri barədə məlumat yerləşdirilməyib. Halbuki, 29 min manatlıq tenderdə bu məlumatlar açıqlanmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır