"Gələcəkdə digər yataqlar da "Neft Daşları"nın infrastrukturuna qoşulacaq" - Rövnəq Abdullayev
"Neft Daşları”nda hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yenidən qurulub.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunu şirkətin prezidenti Rövnəq Abdullayev “Neft Daşları”nın 70 illik yubileyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olarkən deyib.
Onun sözlərinə görə, ölkənin əhəmiyyətli yataqların məhsulu “Neft Daşları”nın infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur.
Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.
İstismar dövründə Neft Daşları NQÇİ ölkənin ümumi neft hasilatının 13%-ni birbaşa təmin edib. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70%-ə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır