"Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?
Xəbər verdiyimiz kimi Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda bu il 2,8, 2020-ci və 2024-cü illərdə isə 3 faizlik inflyasiya proqnozlaşdırır.
Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Natiq Cəfərli hiss edilən inflyasiyanın daha çox olacağını deyib:
“Əslində Dünya Bankı, beynəlxalq qurumlar və Beynəlxalq Valyuta Fondu proqnozlarını ancaq Dövlət Statistika Komitəsinin verdiyi rəsmi rəqəmlər əsasında aparırlar. Problem budur ki, bizdə alternativ mənbələr yoxdur. Başqa ölkələrdə isə hesablamalar aparmaq üçün alternativ mənbələr var. Ona görə də Beynəlxalq Valyuta Fondu dövlətin statistik məlumatlarını analiz edərək, müəyyən nəticələrə gəlir. Son 10 ilin trendini götürsək, görəcəyik ki, Beynəlxalq Valyuta Fondu ilə rəsmi statistika üst-üstə düşür. Çünki Azərbaycanda inflyasiya rəqəmlərinin hesablanması qaydası səhvdir, indikatorlar düzgün qurulmayıb. Alternativ mənbələr də olmadığından DSK rəqəmlərin formatının üzərində işləyərək, istədiyi inflasiya rəqəmlərini alır. Azərbaycanda yaşayan hər kəs bilir ki, ölkəmizdə qiymət artımı kifayət qədər hiss olunacaq səviyyədədir. İlin əvvəlindən bəri hiss olunan 2-3% deyil, amma son aylarda inflyasiya rəsmi rəqəmlərdə 2-3% göstərilir. Statistik göstəricilərin dəyişdirilməsi məsələsi, yeni indikatorların yaradılması, alternativ statistik mənbələrin formalaşması üçün imkanların yaradılması əsas məsələ olmalıdır. Beynəlxaq təcrübədə qəbul edilmiş statistika ilə qəbul edilmiş indikatorlarla hesabladıqda, DSK-nin hesabladığı rəqəm ilə bu rəqəmlər arasında 2-3 dəfə fərq olur".
N.Cəfərli həmçinin inflyasiya faizinin artacağı təqdirdə hansı sahələrdə qiymət artımı olacağını da proqnozlaşdırıb:
“Azərbaycanda bu daha çox ərzaq məhsullarında hiss olunur. Hətta bir xroniki ardıcıllıq da var. Artıq əminliklə demək olar ki, dekabr ayının əvvəlindən ənənəvi şəkildə artımlar başlayacaq. Bu da Yeni il bayramı və yerli kənd təsərrüfatı məhsullarının bazarlardan çəkilməsi ilə əlaqədardır. Mənə elə gəlir ki, bu il də qiymət artımını ciddi şəkildə hiss edəcəyik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır