"AtaBank” bağlanır?
Azərbaycanda fəaliyyət göstərən daha bir bank bağlanır.
Məlumata görə, “AtaBank” öz fəaliyyətini dayandırır. Artıq müştərilərin kütləvi şəkildə bankdakı depozitlərini geri götürdükləri bildirilir.
Banka yaxın mənbənin dediyinə görə, 1993-cü ildən fəaliyyət göstərən bankın artıq durumu da onun fəaliyyətinə imkan vermir. Bundan başqa bankın idarə edilməsində də problemlər yarandığı deyilir. Mənbənin dediyinə görə, keçmiş vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra banka kimin rəhbərlik etdiyi də məlum deyil. Bankın İdarə Heytənin sədri, Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevi isə kollektiv sonuncu dəfə nə vaxt gördüyünü unudub.
Xatırldaq ki, rəsmən “AtaBank” ASC-nin səhmləri hüquqi şəxs olan “Synergy Group” MMC-yə (86%) və fiziki şəxslərə (14%) aid olsa da, bankın Fazil Məmədova məxsus olduğu bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün bankla əlaqə saxlamağa çalışsaq da, iş gününün sonu olduğundan zənglərimizə cavab verən olmadı. Mövzuya yenidən qayıdaraq bankın mövqeyini öyrənməyə çalışacağıq.
BAKU.WS

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır