Eyyub Hüseynovdan Səfər Mehdiyevə çağırış: “Bunu ermənilər edir...”
Tez-tez AQTA-nın saxta məhsullar aşkar edib, həmin məhsulları istehsal edən müəssisələri bağladıqlarının şahidi oluruq. Lakin elə məhsullar var ki, onlar diqqətdən kənar qalır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, belə məhsullara müxtəlif gürcü “Nataktari” limonadlarını, “Alkon” göz linzalarını, kosmetik məhsulları əlavə edə bilərik.
Bu barədə “Yeni Sabah”a açıqlama verən E.Hüseynov qeyd edib ki, artıq dövlət orqanlarına rəsmi məktublar göndərib.
“Gömrük orqanlarının xeyir-duası ilə təkcə parfumeriya deyil, digər mallarda daxil olur əmtəə bazarına. Mən 20 gün öncə Gömrüyün sədri Səfər Mehdiyevə, Vergilər nazirinə, İqtisadiyyat nazirinə, Qida Təhlükəsizliyi Agentliyinə və digər yerlərə rəsmi məktublar göndərmişəm ki, əmtəə bazarına təxminən “Nataktari” gürcü dilində markalanmış limonadların 50%-i və bizdə olan məlumatlara görə, Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilir.
Təəssüflər olsun ki, dövlət orqanlarında olan məktublardan görünür ki, sanki onlar bu qaçaqmalçılığı dəstəkləyirlər və bununla bağlı heç bir iş görümürlər.
Təkcə bununla da bitmir, belə qaçaqmalçılıqla ölkəmizə daxil olan məhsullar. Həmçinin “Alkon” adında göz protesləri, gözün altına qoyulan linzalar. Mən 9 klinikaya rəsmi məktublar göndərmişəm. Bu qaçaqmalçılıqla məşğul olan insanlarla kliniklar əlbir olublar. Bu linzalar xaricdən gətirirlər və yoxlamadan keçmir, saxlanma şəraitinə uyğun saxlanılmır, dövlət vergiləri ödənilmir. Xüsusən də Türkiyədən gəlir. Bu klinikalardan yalnız 4-ü cavab verib.
Mən burdan əhaliyə səslənirəm, ay əhali insanın ən vacib orqanıdır göz, bu linzaların belə saxtası var. Biz ictimai təşkilat olaraq, öz mübarizəmizi davam etdiririk”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır