Qiymətlər qalxacaq - Ekspertdən bahalaşma xəbərdarlığı
Bir neçə gün öncə yumurtanın qiymətinin qalxması müzakirələrə səbəb olmuşdu. Ümumiliyyətlə, payız aylarından digər sahələrdə də qiymət artımının olacağı proqnozlaşdırılır. Bildirilir ki, buna sentyabrdan bəzi sahələrdə çalışanların maaş artımı və pensiyalardakı artım təsir edəcək.
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “Yeni Sabah”a danışıb. O qeyd edib ki, çoxlu pul kütləsinin bazara daxil olması qiymət artımına gətirib çıxaracq:
“Qiymətlərin qalxması təkcə xərclərlə bağlı deyil. Maliyyə sferasına əlavə daxil olacaq pul kütləsinin təzyiqləri nəticəsində qiymət artımılarını hiss edəcəyik. Artıq sentyabr ayında minimum əmək haqqının artması il bağlı həmin pul kütləsinin bir hissəsi daxil olub. Amma qarşıdakı aylardan etibarən minimum əmək pensiyanın təxminən 15-30 faiz qalxması ticarət dövriyyəsini stimullaşdıracaq. Azərbaycanda da bir rəqabət mühiti olmadığından ticarət dövriyyəsinin artması qiymət artımına təsir göstərəcək”.
A. Nəsirli qiymət artımının qarşısını almağın yollarını da göstərib:
“Bunun qarşısını almaq üçün hansı tədbirlərin görülməsini hökümət planlaşdırmalıdır. Mən hesab edirəm ki, inzibati təzyiqlər vasitəsilə bunu cilovlamağa çalışacaqlar. Amma bunu həyata keçirmək iqtisadiyyatın prinsiplərinə zidddir və həyata keçirmək çox çətindir. Yəni bu qədər satıcı var, bunların hamısına eyni zamanda nəzarət etmək mümkün deyil. Ölkədə rəqabət mühitinin yaradılması, məhsul bolluğu üçün müəyyən proqramların həyata keçirilməsi amilləri bazara iqtisadiyyatında qiyməti cilovlayan ən çevik vasitədir. Əgər bazarda rəabət mühiti olsaydı, sahibkar yumurtanın qiymətini 5 faiz artırmağa tərəddüd edəcəkdi. Çünki bazarda rəqibinə uduzardı. Amma bizdə əksinədir. Yumurtanın qiyməti 5 faiz artırsa, bazarda 10 faiz artımla satırlar. Çünki onun rəqib qorxusu yoxdur”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır