"SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb" - Rövnəq Abdullayev
"Son 10 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəsi 26 dəfədən çox artıb və gəlirlərin böyük hissəsi Azərbaycanın hüdudlarından kənarda əldə olunub".
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib:
"Xarici aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Ötən il Türkiyədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar ən böyük aktivimiz olan "Petkim”i xammalla təchiz etməklə yanaşı Türkiyədəki biznes şəbəkəmizin inkişafına yeni təkan verib”.
O qeyd edib ki, son 10 ildə SOCAR-ın aktivləri 4 dəfədən çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə yaxın artım tempi göstərib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır