“NEFT 40 DOLLARA DÜŞƏCƏK, HAZIR OLUN…” – Sabiq nazirdən xəbərdarlıq
Rusiyanın nüfuzlu iqtisadçısı, keçmiş iqtisadi inkişaf naziri German Qref neftin indiki 60 dollardan 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib.Rusiya KİV-ləri xəbər verir ki, iqtisadçının fikrincə onun ölkəsini növbəti ciddi “xammal şoku” gözləyir.
German Qref deyib ki, neftin ucuzlaşması nəticəsində Rusiya büdcəsi yenidən kəsirə keçəcək, hökumət valyuta ehtiyatlarını sürətlə xərcləyib tükədəcək, ölkənin inkişafına dair gələcək planlarla hesablaşmayacaq.
“Rusiya hələlik belə risklərə hazır deyil, lakin ona hazırlaşmaq lazımdır. Əgər biz dünənki böhrana hazır olmarıqsa o zaman sabahkını da əldən buraxarıq”,-iqtisadçı xəbərdarlıq edib.
Qref xatırladıb ki, Rusiyanın gəlirlərinin yarıdan çoxu xammal ehtiyatlarının hesabınadır.
Hazırda dünya birjalarında neftin bir barrelinin qiyməti 60 dollardan bir qədər yuxarıdır. Lakin analitiklər gələn həftənin əvvəlindən qiymətin aşağı enə biləcəyini təxmin edirlər. Çünki bazarda təklif artır, tələbat isə ABŞ-Çin ticarət müharibəsinin təsiri ilə azalır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır